CƏMİYYƏT


Bakıda "Sahibkarlar Günü” ilə bağlı tədbir keçirilib

Bu gün Bakıda Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə dövlət və hökümət rəsmiləri, həmçinin bir sıra sahibkarlar iştirak ediblər. Sahibkarlar gününə həsr olunan tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, COP29 kimi genişmiqyaslı tədbirin uğurla keçirilməsi üçün cəmiyyətin bütün üzvlərinin, xüsusilə də sahibkarların fəal iştirakı zəruridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da intensivləşəcək.