CƏMİYYƏT


Polis ana və övladını ölümdən xilas etdi

Sumqayıt şəhərində polis yanğın zamanı mənzildə köməksiz vəziyyətdə qalmış ana və azyaşlı övladının həyatını xilas edib. DİN-dən AZƏRTAC-a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın hadisəsi baş verib.