CƏMİYYƏT


“Absheronxeber.az” informasiya portalı 5 yaşını qeyd edib

Abşeron rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında baş verən yenilikləri işıqlandıran “Absheronxeber.az” portalının 5 yaşı tamam olur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.