CƏMİYYƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada təntənə ilə qeyd olunub

Türkiyənin paytaxtı Ankarada 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi tərəfindən reallaşan tədbir Gökyay İdman və Mədəniyyət Vəqfinin (GİMV) Şahmat Muzeyində təşkil olunub.
Tədbirdə Türkiyənin deputatları, diplomatlar, Azərbaycanı qardaş ölkədə müxtəlif sahələrdə təmsil edən vətəndaşlarımız iştirak ediblər.