CƏMİYYƏT


Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb

Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən görülən mühüm işlərdən danışıb, ölkəmizin sosial-iqtisadi həyatında qadın sahibkarların rolunun böyük olduğunu söyləyib. Bildirilib ki, resurs mərkəzləri qadınların biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən danışıb, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq çərçivəsində görülən işləri diqqətə çatdırıb.