CƏMİYYƏT


Bakıda II Qəhvə və Çay Festivalında hansı yeniliklər var?

Bakıda II Qəhvə və Çay Festivalı keçirilir. Çoxsaylı qəhvə və çaysevərləri bir araya toplayan tədbirə maraq olduqca yüksəkdir. Festival çərçivəsində, həmçinin qəhvə və çayın istehsalı, idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, seminarlar və ustad dərsləri, “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və digər tədbirlər təşkil ediləcək. Festivalda bir çox ölkənin, o cümlədən Kolumbiyanın çay və qəhvələri nümayiş olunur.