CƏMİYYƏT


2020-ci ildə kənd və qəsəbə yollarının təmiri nəzərdə tutulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, 2019-cu ildə 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri başa çatıb. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km olan 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, həmçinin uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.

Qeyd olunub ki, 2020-ci ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq ilkin mərhələdə 29 şəhər və rayonda, həmçinin Bakı şəhərinin 12 rayonunda kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulub. Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlər başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır