CƏMİYYƏT


Hava yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11°, gündüz 13-16° isti, Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacağı ehtimal edilir.