CƏMİYYƏT


Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə iştirak etdi, müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhid oldu - REPORTAJ

Ağstafa rayonunun Qırılı kəndində 1994-cü il aprelin 14-də dünyaya göz açan Əliheydər Hüseynli orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra o, “Azərişıq”da çalışıb.AZƏRTAC xəbər verir ki, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan Əliheydər bir çox yaşayış məntəqələrimizin düşmən işğalından təmizlənməsində iştirak edib.