MƏDƏNİYYƏT


3 əsrlik Kürsəngi xalçaları

Xalçaçılıq qədim el sənətlərindən biridir. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində təbii ki, özünəməxsus yer tutur. Salyanın Kürsəngi kəndi də bir vaxtlar xalçaçılıq sənətinin ocağı idi. Amma indi kənddə demək olar ki, bu sənət unudulur.