CƏMİYYƏT


Qazaxda ağır qəza: 1 ölü, 12 yaralı

Qazaxda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.