CƏMİYYƏT


Bakıda quldurluq edən Şabran sakinləri tutuldu

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən açılıb. Yanvarın 26-da şöbəyə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan “LG” markalı mobil telefonu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar.