CƏMİYYƏT


Paytaxtın Nizami rayonunda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub. Onun üzərində axtarış aparılan zaman 0,185 qram heroin aşkarlanaraq götürülüb. F.Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.