CƏMİYYƏT


Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 66 min 687 körpə doğulub

Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 66 min 687 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəmdir.