CƏMİYYƏT


Azərbaycanda əhalinin sayı 10 milyon 44 min 466 nəfərə çatıb

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63 min 9 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.