CƏMİYYƏT


DYP Bakı, Sumqayit və Abşerona girişin qadağan edilməsi ilə bağlı məlumat yaydı

Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək.