CƏMİYYƏT


Azərbaycana yaz gəlir

Bahar fəsli sabah - martın 20-də saat 07:49:36-da Azərbaycana qədəm qoyacaq. Bununla da ölkə ərazisində yaz fəsli başlayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.