CƏMİYYƏT


Aprelin 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 94 minə yaxın zəng daxil olub

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yalnız bu ay, yəni aprelin 1-dən 142 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.