CƏMİYYƏT


Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Şahin Hacıyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 38 kiloqram 500 qram olan 15 ədəd çətənə kolu, eləcə də 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.