CƏMİYYƏT


XİN-in nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu Türkiyənin Zəfər bayramı münasibətilə videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarx hazırlanıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.