İQTİSADİYYAT


Yasamal və Nizami rayonları ərazisində vətəndaşların əsas istifadə etdiyi küçələr təmir edilir

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Bakı şəhəri üzrə təmir işləri davam edir. Bu çərçivədə Yasamal və Nizami
rayonları ərazisində vətəndaşların əsas istifadə etdiyi küçələr təmir edilir. Artıq bəzilərində təmir işləri yekunlaşıb.