İDMAN


Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan üzgüçülük yarışı keçirilib

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda böyük tarixi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idmanın üzgüçülük növü üzrə yarış keçirilib.
Turnirin açılış mərasimində Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.