CƏMİYYƏT


Füzuli məktəbliləri maarifləndirici tur-aksiyaya qoşulub

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarına ekskursiya edəcəklər. AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin yola salınması mərasimi keçirilib.