CƏMİYYƏT


Bakıda silahlı şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində 3 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.