CƏMİYYƏT


Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilir

Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun - Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibb mütəxəssisləri - Türkiyənin Koç Universiteti Xəstəxanasının professoru Çil Barbaros Erhan, dosent Aslan Fatih, Rusiyanın N.N.Petrov adına Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko bu sahədə ən son elmi və praktiki təcrübələrini bölüşəcəklər.