CƏMİYYƏT


Xaçmazda keçirilən humanitar aksiyada 150-ə yaxın donor könüllü qan verib

İyunun 25-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 150-ə yaxın könüllü donordan qan götürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.