CƏMİYYƏT


Qusarda “Yay məktəbi” təşkil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusarda “Yay məktəbi” təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 19-dan başlayan 5 günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət 100-ə yaxın könüllü cəlb olunub.
“Yay məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, tədbirin təşkilində məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.