CƏMİYYƏT


Yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edir. Bir həftə davam edəcək düşərgəyə şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclər cəlb olunub.