CƏMİYYƏT


Qonşu ölkələrdən Azərbaycana daxil olan yük maşınları polisin müşayiəti ilə hərəkət edir

Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilir.