CƏMİYYƏT


Ermənistanın artilleriya atəşinə məruz qalan Tovuzun Dondar Quşçu kəndində kartof yığımı davam edir

Bir neçə gün əvvəl düşmən atəşinə məruz qalan, mərmilərin yağdığı Tovuzun kəndlərində sakinlər gündəlik təsərrüfat işləri ilə məşğuldurlar.
AZƏRTAC xəbər verir ki, düşmən artilleriyasının atəşinə məruz qalan kəndlərdən biri olan Tovuzun Dondar Quşçu kənddir. Havanın isti olmasına baxmayaraq, kənd sakinləri kartof sahələrindən məhsul toplayırlar. Bundan başqa, üzüm və digər kənd təsərrüfatı sahələrində də qızğın iş gedir.