CƏMİYYƏT


Milli Olimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Noyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.