CƏMİYYƏT


Gömrükçülər pirotexniki məmulatlar aşkarlayıb

Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə avtomobilin təkərlərinin içərisində 80 ədəd “Big cracker” və 18 ədəd “Draggon eggs cracker” markalı pirotexniki vasitələr aşkarlanıb.