CƏMİYYƏT


Xəstə itlər üçün sığınacaq: Burada 200-ə qədər sahibsiz it var

Uzun illərdir sahibsiz itlərə yardım göstərən Bakı sakini Fərid Mansurovun Mərdəkan qəsəbəsində yerləşən “Good World” sığınacağında olduq. Burada 200-ə qədər sahibsiz it yaşayır. Fərid Mansurov deyir ki, bunlar xəstə və yaralı itlər olub. Könüllüərin köməyi ilə müalicə olunan heyvanlar bu məkana sığınıb. Fərid Mansurov könüllülərlə birlikdə bu gün də yardıma möhtac itlərə kömək edir.