CƏMİYYƏT


Keçmiş məhkum külli miqdarda heroini satmaq istəyən zaman saxlanılıb

Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.