CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsdən 5 kiloqramdan artıq marixuana götürülüb

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. Əməliyyat nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.