CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib

Aksiyanın məqsədi Şəki sakinlərinin gözlərini operativ şəkildə müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həll olunmasına kömək göstərmək, ehtiyac olduğu təqdirdə cərrahi əməliyyat aparmaqdır. Müayinə əsnasında gözündə ciddi problem aşkarlanan və ya çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.