CƏMİYYƏT


Azərbaycanda ilk dəfə 5 yaşlı uşaq üzərində unikal əməliyyat həyata keçirilib

Noyabrın 13-də dünyada ilk dəfə olaraq, Mərkəzi Gömrük Hospitalında cərrahlar briqadası tərəfindən 5 yaşlı uşaq üzərində aorto-koronar şuntlama (doktor Rəşad Mahmudovun rəhbərliyi altında) və donor qaraciyər transplantasiyası (doktor Mircəlal Kyazimin rəhbərliyi ilə) mürəkkəb bir əməliyyat uğurla həyata keçirildi. Qeyd edək ki, mövcud olan dünya tibbi ədəbiyyatlarında uşaqlar üzərində aparılan bu əməliyyat haqqında heç bir məlumat mövcud deyil.