CƏMİYYƏT


Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayan iki şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Qaraçay kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib.