CƏMİYYƏT


Bakıda “VAZ-2107” markalı dörd avtomobil qaçıran şəxs saxlanılıb

Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ-2107” markalı avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha üç nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib.