CƏMİYYƏT


Bakı Polisi: Karantin rejimi qaydalarına zidd olaraq keçirilən fləşmobun təşkilatçısı barəsində cinayət işi başlanıb

Mayın 29-da saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır