CƏMİYYƏT


TÜRKSOY-un kollektivi Azərbaycan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram göstərib

Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə dekabrın 4-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı baş qərargahında sükut dəqiqəsi olub.AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un kollektivi Azərbaycanla həmrəylik məqsədilə qəhrəman şəhidlərimizə ehtiram göstərib.Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.