SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Prezidentlər Füzuli və Ağdamda görülən işlərlə tanış olublar

Azərbaycanda dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib. Prezident İlham Əliyev və Qırğızstan Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Prezidentlər daha sonra Ağdam şəhərində olublar. Ağdam Konfrans Mərkəzi və Şahbulaq qalasını ziyarət ediblər. Pənahəli xanın sarayı və imarət kompleksində görülən işlərlə tanış olublar, Ağdam Cümə məscidinin açılışında və Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər.