CƏMİYYƏT


FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müraciətdə bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, çaylarda sululuğun kəskin artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı gözlənilir.