CƏMİYYƏT


Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib

Avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.