CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsində uşaqlarla görüş keçirilib

Noyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, rəhbərlik etdiyi qurum uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə Azərbaycan uşaqlarının 1-ci forumunu keçirib.