CƏMİYYƏT


Bərdə şəhər seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 300 üzvü treninqlərə cəlb olunub

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlər 93 saylı seçki dairəsinin 50 məntəqəsi üzrə ümumilikdə 300 aşağı seçki komissiyası üzvünü əhatə edir. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır.