CƏMİYYƏT


Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü qeyd edilib

Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.