CƏMİYYƏT


Sabirabadlı qadın pambıqçı-mexanizator gündəlik 5-7 hektar sahənin məhsulunu yığır

Hazırda ölkədə pambıq yığımına yüzlərlə kombayn cəlb olunub. Kombaynçılar arasında zərif cinsin nümayəndələri də var. Onlardan biri də Sabirabad rayon sakini Gülsura İbadovadır. Kişi həmkarlarından heç də geri qalmayan xanım mexanizator gündəlik 5-7 hektar sahənin məhsulunu yığır.