CƏMİYYƏT


Şəhid Aqil Alışovun xatirəsi doğulduğu Kürdəmir rayonunun Qarabucaq kəndində anılıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Aqil Alış oğlu Alışovun ata yurdunda - Kürdəmir rayonunun Qarabucaq kəndində anım mərasimi keçirilib. Şəhidin ata ocağının qarşısında, barelyefi önündə təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Aqilin döyüş yoldaşları, müəllimləri, kənd sakinləri iştirak ediblər.