CƏMİYYƏT


Qubada vətəndaşlara maddi ziyan vuran 3 nəfər məsuliyyətə cəlb olunub

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda oğurluq, soyğunçuluq və dələduzluq əməlləri törədərək vətəndaşlara maddi ziyan vuran şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan Xaçmaz rayon sakini Kamran Heydərovun ətrafında aparılan tədbirlərlə məlum olub ki, o, dekabr ayının əvvəlində Quba rayonunun Barlı kəndi ərazisində Əvəz Məmmədova məxsus “QAZ-53” markalı yük avtomobilinin ehtiyat hissəsini oğurlayaraq metal qəbulu məntəqəsinə satıb.